Bakı-Qazax yolunda ağır qəza — Piyada öldü

Bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib. “Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı avtomobil kişi piyadanı vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.