Yanan avtomobil digər maşına çırpıldı — Foto
Kürdəmirdə avtomobil yanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Kürdəmir şəhər Soltan Şıxəliyev küçəsində qeydə alınıb. Rayon sakini R.Gülmalıyevə məxsus “Lada” markalı avtomobil anidən yanmağa başlayıb. Avtomobil hərəkət edərək qarşısındakı “Hyundai” markalı maşına dəyib. Hadisə yerinə Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Yunis Quliyev

Şərh verin