87 yaşlı kişini maşın vurub öldürdü

Ağdaşda piyada ölümü ilə nəticələnən qəza baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçmək istəyən Ağdaş rayon Orta Ləki kənd sakini 1937-ci il təvəllüdlü Qırımxan Xaspoladovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev