Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən — Zərərçəkmiş vəfat etdi
Milli Təhlükəsizlik Nazirliyinin (Ləğv edilib - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin cinayət işi üzrə əsas zərərçəkmişlərdən biri vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 30 ildən çox hüquq-mühafizə orqanlarında işləmiş Əfsəl Həsənəliyev 76 yaşında dünyasını dəyişib. Həsənəliyev Şixəliyev və adamlarının qanunsuz göstərişi ilə 5 ay həbsdə qaldığını, 50 min dollar alındığını deyirdi. O, başına gətirilənlərə görə həmin dövrdə Baş prokuror işləmiş Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun da məhkəmədə sorğu-sual edilməsini istəyirdi. Bu və digər vəsatətləri qəbul edilməyən zərərçəkmiş məhkəmə zalında özünü yandırmaq istəmişdi . Onun intihara cəhdinə görə proses təxirə salınmışdı. Məhkəmə hökmü ilə Ə.Həsənəliyevin mülki iddiası təmin edilsə də, onun icra işlərinin başa çatmasını görməyə ömrü çatmadı. X ə bə ri rus dilində oxuyun: Умер пытавшийся сжечь себя на суде по делу Шихалиева Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. O, general-mayor rütbəsindən də məhrum olunub. Sail Ağasəlim

Şərh verin