Putin Qazaxıstandadır — Video
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfəri edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Səfər çərçivəsində Rusiya Prezidenti qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşəcək. Bildirilir ki, dövlət başçıları görüş zamanı bir sıra birgə layihələri müzakirə edəcəklər. Putin həmçinin mayın 28-29-u Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı Sammitində iştirak edəcək.

Şərh verin