Ərdoğan Ayasofyada Quran oxudu — Video
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib. “Qafqazinfo” xəbər verir ki, o, Qurani-Kərimdən ayələr oxuyub. Prezidentin Quran oxuduğu həmin təsirli anlar vətəndaşlar tərəfindən mobil telefonların kameraları ilə lentə alınıb. Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və böyük marağa səbəb olub.

Şərh verin