Qızılın qiyməti yenidən yüksəldi
Dünya birjalarında qızıl və gümüş bahalaşıb. Milli.Az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,5% artaraq 4 150,5 ABŞ dollarına yüksəlib. Birjada gümüş də bahalaşıb. Belə ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,17% artaraq 59,6 ABŞ dolları təşkil edib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin