Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - (Video)

Kürdəmir rayonunda yanğın başlayıb. Milli.az xəbər verir ki, bununla bağlı oxu.az-ın qaynar xəttinə məlumat daxil olub. Bildirilib ki, yanğın yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində açıq ərazidə yanğın baş verməsi barədə informasiya daxil olub. "Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Hazırda açıq ərazidə məişət və təkər tullantılarının toplandığı sahədə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə açıqlamada bildirilir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)