Ronaldunun 35 milyonluq malikanəsi gündəm oldu - "YOX" yoxdur - (Video)

Dünya futbolunun ulduzu Kriştianu Ronaldonun təxminən 35 milyon avro dəyərində olduğu bildirilən dəbdəbəli malikanəsi sahib olduğu imkanlarla yenidən gündəmə gəlib. Milli.Az xəbər verir ki, məşhur futbolçunun malikanəsi həm geniş ərazisi, həm də lüks şəraiti ilə diqqət çəkir. Məlumata görə, yaşayış sahəsi 5 min kvadratmetr, ümumi torpaq sahəsi isə 12 min kvadratmetr olan mülkdə 20 nəfərlik şəxsi kinoteatr, oyun otağı, bilyard zalı, bir neçə hovuz və 8 yataq otağı yerləşir. Malikanədə, həmçinin 20 avtomobil üçün nəzərdə tutulmuş qaraj, fövqəladə hallar zamanı istifadə edilə biləcək gizli yeraltı tunel və futbolçunun şəxsi çimərliyi də var. Lüks malikanənin ən diqqətçəkən xüsusiyyətlərindən biri isə Atlantik okeanına açılan möhtəşəm panoramik mənzərəsidir. Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)