İranla müharibədə yaralanan hərbçilərin sayını açıqladılar

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlamasından indiyədək ümumilikdə 18 amerikalı hərbçi ölüb, daha 624 hərbçi isə yaralanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri Pentaqonun məlumatlarına istinadən məlumat yayıb. Qəzet qeyd edir ki, ABŞ Müharibə Nazirliyi hərbi eskalasiyanın növbəti mərhələsinin kəskinləşdiyi 7 iyul tarixindən etibarən yeni siyahı açıqlamağa başlayıb. Bu siyahıya əsasən 7 iyuldan indiyədək yaralanmış amerikalı hərbçilərin rəsmi sayı 207 nəfər təşkil edib.