Puqaçova festivala əsa ilə getdi, gündəm oldu — Video

SSRİ Xalq artisti Alla Puqaçova həyat yoldaşı Maksim Qalkinlə birgə “Laima Rendezvous Jūrmala” festivalında iştirak edib. “Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Puqaçova Latviyanın Yurmala şəhərində baş tutan tədbirə fəxri qonaq qismində qatılıb. Festivalın ikinci və bağlanış günündə iştirak edən 77 yaşlı müğənninin tədbirin son günü əsa ilə gəzməsi diqqət çəkib. Jurnalistlərə açıqlama verən müğənni bunu bir müddət əvvəl yıxılması ilə izah edib. Rusiyalı müğənninin festivaldan görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Qeyd edək ki, “Laima Rendezvous Jūrmala” festivalı 2015-ci ildən latviyalı müğənni Layma Vaykulenin təşəbbüsü ilə Yurmala keçirilir.