Gəncədə fərdi evdə yanğın — Video-Yenilənib

Gəncədə fərdi evdə yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Həmid Sultanov 26 ünvanında qeydə alınıb. İlkin məlumata görə, fərdi evdə başlayan yanğın bitişik digər tikiliyə keçib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır. *** Son məlumata görə, fərdi evdə baş vermiş yanğın söndürülüb. Yunis Quliyev