Vüsalə Əlizadə villasından paylaşım etdi – Hovuz görüntüləri maraq doğurdu - (Video)
Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə etdiyi yeni paylaşımı ilə izləyicilərinin diqqətini çəkib. Milli.Az xəbər verir ki, aparıcı yay istirahətini bağ evində keçirdiyini nümayiş etdirib. O, şəxsi sosial media hesabında villasında istirahət etdiyi anlardan görüntülər paylaşıb. Kadrlarda Vüsalə Əlizadənin qızının hovuzda üzdüyü anlar da yer alıb. Paylaşım qısa zamanda izləyicilər tərəfindən maraqla qarşılanıb və çoxsaylı bəyənmə toplayıb. Qeyd edək ki, Vüsalə Əlizadə bir müddət öncə "Ağ şəhər"də kirayə qaldığı mənzildən köçdüyünü bildirmişdi. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin