Güclü külək paytaxtda 7 ağac aşırıb

Dünəndən əsən güclü külək nəticəsində Bakı şəhərində 7 ağac aşıb, 22 budaq sınıb. Bu barədə Milli.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib. Məlumata görə, birliyin briqadaları qədər operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)