Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı - (Video)
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 33 yaşlı kişi batıb. Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş - 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin