Neftimiz ucuzlaşıb bu qiymətə oldu
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 4,18 ABŞ dolları və ya 3,93% ucuzlaşaraq 102,30 ABŞ dollarına enib. Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,15 dollar və ya 3,98% ucuzlaşaraq 100,07 ABŞ dolları təşkil edib. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,74 dollar və ya 5,85% azalaraq 76,26 dollar/barelə bərabər olub. Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,19 dollar və ya 4,04% azalaraq 99,59 dollar/barel təşkil edib. Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb. Milli.Az

Şərh verin