ABŞ-də güclü zəlzələ oldu

ABŞ-nin Alyaska ştatının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat verib . Məlumata görə, zəlzələnin episentri Adak adasından 68 kilometr cənub-şərqdə, ocağı isə 22,7 kilometr dərinlikdə yerləşib. Daha əvvəl Kamçatkanın cənub-şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verdiyi bildirilmişdi. Milli.Az