Çempion "Sabah" hücumçusunu GÖNDƏRDİ - FOTO
"Sabah" hücumçu Pavol Şafranko ilə yollarını ayırıb. Milli.Az xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib. Pavol 2024-cü ildən komandanın uğurları üçün çalışırdı. O, "Sabah"ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub. Milli.Az

Şərh verin