Neftimiz 100 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 % azalaraq 100,57 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki ticarət qiyməti 102,30 dollar olub. Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.