Qızdırıcı partladı — 30 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə evdə bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev