Millimiz AÇ-nin pley-off-una vəsiqə qazandı — Video

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar. Qrupun digər görüşündə Fransa Avstriyaya qalib gəlib - 3:1. İki turdan sonra 6 xal toplayan yığmamız play-off mərhələsinə vəsiqəni təmin edib.