Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü

İtaliyanın Augusta limanında Azərbaycanın Azeri Light CIF markalı xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 2,56 dollar və ya 2,5% azalaraq bir barel üçün 98,01 dollara düşüb. Bu barədə Milli.Az-a neft bazarındakı mənbə bildirib. Türkiyənin Ceyhan limanında Azeri Light FOB markalı xam neftin qiyməti 2,49 dollar və ya 2,5% azalaraq 95,89 dollara düşüb. URALS markalı xam neftin qiyməti əvvəlki qiymətə nisbətən 3,09 dollar və ya 4,2% azalaraq bir barel üçün 70,78 dollara düşüb. Şimal dənizində hasil edilən Dated Brent markalı xam neftin bir barelinin qiyməti əvvəlki qiymətə nisbətən 3,24 dollar və ya 3,3% azalaraq bir barel üçün 93,56 dollara düşüb. Azərbaycanın 2026-cı il dövlət büdcəsində orta hesabla bir barel üçün neftin qiyməti 65 dollar proqnozlaşdırılır. Milli.Az