Güclü külək nəticəsində paytaxtda 41 ağacı sınıb - FOTO

Dünən axşam saatlarından əsən güclü külək nəticəsində Bakıda 41 ağac sınıb, 64 ağacın budaqları zədələnib. Bu barədə Milli.Az-a Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib. Məlumata görə, səhərə qədər və hazırda Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları sınan ağacların götürülməsi və budaqların budanması ilə məşğuldur. "Hazırda işlər davam edir. Bir neçə saata işlərin yekunlaşması nəzərdə tutulub", məlumatda qeyd edilib. Milli.Az