Bu ay 10 gün iş OLMAYACAQ
İyun ayında 10 gün iş olmayacaq. Milli.Az xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün - 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixləri şənbə və bazara təsadüf edir. Beləcə, beş günlük iş həftəsində çalışanlar üçün iyun ayında 10 gün qeyri-iş günü olacaq. Milli.Az

Şərh verin