Gürcüstan Baş naziri Zakir Həsənovu qəbul etdi — Fotolar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kobaxidze sosial şəbəkə hesablarında paylaşıb. Onun sözlərinə görə, görüş zamanı ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.