“Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik” — Yenilənib

“Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, - dövlət başçısı əlavə edib. *** Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Dövlət başçısı vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik: “Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik”.