6,2 milyonluq həmin banan oğurlandı

Fransanın Metz şəhərindəki Pompidou Mərkəzi Muzeyində nümayiş etdirilən və təxminən 6,2 milyon dollar dəyərində olan "Divara yapışdırılmış banan" əsəri oğurlanıb. Milli.Az xəbər verir ki, oğurluq hadisəsi təhlükəsizlik işçisinin bananın itdiyini gördüyü zaman aşkar edilib. Muzey rəhbərliyi cinayət işi qaldırıb və oğurlanmış banan tez bir zamanda dəyişdirilib və əsər yenidən sərgilənib. İtalyan rəssam Mauritsio Kattelanın "Komediya" adlı əsəri müasir incəsənətin ən mübahisəli əsərlərindən biridir. Qeyd edək ki, satirik əsərləri ilə tanınan Maurizio Cattelan əvvəllər də maraqlı hadisələrə qarışıb. Onun 18 karatlıq qızıldan hazırlanmış və "Amerika" adlı tualet formasında olan əsəri 2019-cu ildə İngiltərədəki Blenheim Sarayından oğurlanıb. Çoxmilyon dollarlıq əsər uzun müddət incəsənət dünyasında geniş müzakirə mövzusu olub. Milli.Az