Paşinyanın ad gününü təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. “Telefon danışığı zamanı Ali Avrasiya İqtisadi Şurasının mayın 29-da Astanada keçirilmiş iclasının yekunları müzakirə olunub”, - məlumatda deyilir. Putin söhbət zamanı Ermənistan Baş nazirini ad günü münasibətilə də təbrik edib. Qeyd edək ki, bu gün Paşinyanın 51 yaşı tamam olur.

Şərh verin