Ali Koç dünya nəhəngini almaq istəyir
Türkiyə futbolunda böyük marağa səbəb olan iddiaya görə, "Fənərbağça"nın prezidenti Ali Koç İspaniyanın Sevilla FC klubunun nəzarət səhmlərini əldə etmək imkanını araşdırır. Milli.Az xəbər verir ki, məlumata görə, mümkün satınalma üçün təxminən 150 milyon avro büdcə nəzərdə tutulub və bu istiqamətdə ilkin araşdırmalara başlanılıb. İddialarda klubun maliyyə vəziyyəti, səhmdar strukturu və satınalma şərtlərinin qiymətləndirildiyi bildirilir. Son illərdə həm idman, həm də maliyyə baxımından çətin dövr yaşayan "Sevilya"nın yeni investor variantlarına açıq olduğu da qeyd olunur. İddialar xüsusilə Ali Koçun qarşıdan gələn "Fənərbağça" seçkilərində namizədliyini irəli sürməməsindən sonra gündəmə gəlib və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. "Sevilya" klubu məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Bu səbəbdən məlumatlar hələlik iddia səviyyəsində qiymətləndirilir. Milli.Az

Şərh verin