Rubionun köməkçisi Azərbaycanda səfərdədir

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçi katibi Kaleb Orr Azərbaycanda səfərdədir. Milli.Az xəbər verir ki, onun səfər çərçivəsində ABŞ rəsmisinin iyunun 1-2-də Bakıda keçirilən Bakı Enerji Həftəsində iştirak edəcəyi gözlənilir. Həmçinin səfər zamanı ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçirilməsi nəzərdə tutulur. Kaleb Orrun səfəri Azərbaycan ilə ABŞ arasında iqtisadi və enerji sahələrində tərəfdaşlığın müzakirəsi və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır. Milli.Az