Bakı sakinləri ən çox hansı səbəbdən təcili yardım çağırır?

"Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 9 mindən çox müraciət daxil olub". Milli.Az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, Mərkəz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib: "Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 27.05.2026 - 31.05.2026-cı il tarixlərində 9 592 çağırış daxil olub. Bu çağırışlar üzrə 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Bakı şəhəri üzrə ən çox müraciət 28 may 2026-cı il tarixində qeydə alınıb. Belə ki, müraciət sayı 2 061, hospitalizasiya olunanların sayı 190 nəfər təşkil edib. Çağırış səbəbləri əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub". Asya Milli.Az