İngiltərə klubu “Qalatasaray”ın ulduzunu istəyir
Türkiyənin "Qalatasaray" futbol komandasının yarımmüdafiəçisi Qabriel Sara İngiltərənin "Aston Villa" futbol klubunun maraq dairəsinə düşüb. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçu ilə bağlı danışıqlara başlamağa hazırlaşır. Məlumata görə, baş məşqçi Unay Emeri yarımmüdafiə xəttini gücləndirmək istəyir. "Qalatasaray" 35 milyon avro (70 milyon AZN) civarında danışıqlar aparmağa hazırdır. Qabriel Sara daha əvvəl İngiltərədə "Norviç Siti"nin formasını geyinib. O, Çempionşipdə 86 oyunda 20 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. 2024-cü ildə "Qalatasaray"a keçən braziliyalı futbolçu Türkiyə təmsilçisində iki Superliqa çempionluğu yaşayıb. Qeyd edək ki, Sara ötən mövsüm Çempionlar Liqasında "Liverpul"a qarşı iki qələbədə start heyətində yer alıb. Onun turnirdəki qol və məhsuldar ötürməsi isə "Yuventus" üzərində 5:2 hesablı qələbədə qeydə alınıb. Milli.Az

Şərh verin