Oğlunun FOTOsunu paylaşıb üzünü BAĞLADI

Aparıcı Nurlana Cəfərova sosial şəbəkədə etdiyi son paylaşımı ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, tele-aparıcı oğlu Rainin ad günü münasibətilə onunla çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb. Nurlana Cəfərova paylaşımda övladının üzünü gizli saxlamağa üstünlük verib. Aparıcı oğluna ünvanladığı səmimi təbrik sözləri ilə də diqqət çəkib. O, Raini həyatının ən dəyərli insanlarından biri adlandıraraq ona xoş arzularını çatdırıb. Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb, çoxsaylı təbrik və xoş sözlər yazılıb. Qeyd edək ki, Nurlana Cəfərovanın bir qız, bir oğlan övladı var. Musa Milli.Az