“Azera Holdinq”in əməkdaşları qanvermə aksiyasında — Fotolar
“Azera Holdinq” kollektivi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar qanvermə aksiyasına qoşulub. “Nazlı Ana” Xeyriyyə Təşkilatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkil etdiyi sosial layihədə holdinqin əməkdaşları və tərkibinə daxil olan şirkətlərin nümayəndələri iştirak ediblər. Məqsəd qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq, onların müalicəsinə töhfə vermək və cəmiyyətdə qan donorluğunun əhəmiyyətinə diqqət çəkməkdir. Aksiya çərçivəsində toplanan qan nümunələri analiz edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq. Bu nəcib layihənin təşəbbüskarı olan “Nazlı Ana” Fondunun rəhbərliyinə və aksiyaya qoşulan əməkdaşlara təşəkkürünü bildirən “Azera Holdinq”in direktoru Akif Əliyev, uşaqların sağlam və təhlükəsiz gələcəyi üçün üçün sosial layihələrdə iştirakın vacibliyini bildirib.

Şərh verin