37 yaşlı kişi bıçaqlandı — Qaynı saxlanıldı
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. “Qafqazinfo”nun xəbərinə görə, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, 1996-cı il təvəllüdlü Taleh Qurbanov bacısının əri, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Taleh Qurbanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı

Şərh verin