Sabah bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB

Sabah Bakının bir hissəsində qaz olmayacaq. Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan kəndinin, Türkan qəsəbəsinin və Türkan bağlar yaşayış massivinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. ------------ Şəkinin bəzi yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranacaq. Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, 02.06.2026-cı il tarixində saat 10:00-dan etibarən Şəki rayonunun Bideyiz və Baş Küngüt kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qazın verilişinin işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı qeyd edilib. Milli.Az