Kenan Yıldızdan diqqət çəkən FOTOlar

Türkiyə millisinin və İtaliyanın "Yuventus" klubunun gənc ulduzu Kenan Yıldız bu dəfə futbol deyil, moda dünyasındakı görüntüləri ilə gündəmə gəlib. Milli.Az xəbər verir ki, məşhur yarımmüdafiəçi "Vogue Türkiye" jurnalının yeni siması seçilib. Futbolçu jurnal üçün təşkil olunan xüsusi fotosessiyada müxtəlif geyim üslublarında obyektiv qarşısına keçib. Kenan Yıldızın fərqli obrazlarda çəkdirdiyi fotolar qısa zamanda sosial şəbəkələrdə yayılaraq azarkeşlərin marağına səbəb olub. İstifadəçilər onun həm meydanda, həm də kamera qarşısında özünəinamlı görünüşünü yüksək qiymətləndiriblər. Moda jurnalı üçün hazırlanan kadrlar futbolsevərlər və izləyicilər tərəfindən maraqla qarşılanıb. Hüseyn Milli.Az