“Montin”də qatar yoluna çıxan kişi ölüb

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, dünən saat 12:15 radələrində Anar Rövşən oğlu Quliyev Nərimanov rayon Məmməd Arif küçəsi 27 ünvanında (“Montin” qəsəbəsi) qatar vurması nəticəsində ölüb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.