Gənc reper ÖLDÜ - FOTOlar

Türkiyəli gənc reper AISHE səhnə adı ilə tanınan Tuğçe Ayşə Güler vəfat edib. Milli.Az xəbər verir ki, kədərli xəbəri sənətçinin bacısı sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında bacısının dünyasını dəyişdiyini bildirərək ailələrinin dərin hüzn içində olduğunu qeyd edib. Gənc ifaçının vəfat xəbəri pərəstişkarları arasında böyük üzüntü ilə qarşılanıb. Sosial şəbəkələrdə sənətçi ilə bağlı çoxsaylı başsağlığı mesajları paylaşılıb. Hazırda Tuğçe Ayşə Gülerin ölüm səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir. Musa Milli.Az