“PLENER ƏSƏRLƏR” yaradıcılıq sərgisinə əsərlər qəbul olunur
Peşəkar rəssamlar arasında naturanın bilavasitə öyrənilməsi, həmçinin, onun real simasının tam əks etdirməsinə yanaşmanın inkişafı məqsədilə "PLENER ƏSƏRLƏR" yaradıcılıq sərgisinə əsərlər qəbul olunur. Təşkilatçılar: Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası Xətai Sənət Mərkəzi Dəstəkçilər: Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Azərbaycan Televiziya və Radio Verilişləri QSC Xətai rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi İştirak üçün son tarix: 25 sentyabr 2026-ci il Əsərlərin qəbul ünvanı: [email protected] İştirakçı anketi: 1 Əsərin fotosu: 2. Əsərin adı: --------- 3. Ölçü və texnika --- ---- 4. Soyad, adı: ---------- 5. Təvəllüd ----------- 6. Əlaqə: --------------- Ölçü: 35x55sm qədər Mövzu və texnika sərbəstdir. Yaş həddi: 18 üstü İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər. Əcnəbilər sərgiyə əsər göndərə bilər. Sərginin online kataloqu hazırlanacaq. Sərgilənən əsərlər geri qaytarılır. Seçilən 100 əsər sərgilənəcək. Yeni əsərlər görmək istərdik! Sərgidə iştirak ödənişsizdir. 10 əsərin müəllifi etüd turuna dəvət olunacaq. Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq. Əlavə suallar üçün: 051-310-74-01 tel/whatsapp İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Şərh verin