Döyüşünə biletlər 4 dəqiqəyə SATILDI
İrlandiyalı MMA ulduzu Konor Makqreqorun UFC-yə qayıdışı böyük marağa səbəb olub. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, döyüşçünün uzun fasilədən sonra iştirak edəcəyi ilk qarşılaşmanın biletləri rekord sürətlə satılıb. Azarkeşlər iyulun 11-də Las-Veqasda keçiriləcək "UFC 329" turnirinə böyük maraq göstəriblər. Konor Makqreqor həmin gecədə amerikalı döyüşçü Maks Holloueylə üz-üzə gələcək. Bildirilir ki, satışa çıxarılan bütün biletlər cəmi bir neçə dəqiqə ərzində tükənib. Turnirin ən bahalı yerləri üçün nəzərdə tutulan biletlərin qiyməti on minlərlə dollar təşkil edib. Arenanın yuxarı hissələrində yerləşən ən sərfəli biletlər də kifayət qədər yüksək qiymətə satılıb. Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci ildə oktaqona çıxmışdı. Həmin döyüşdə Dastin Poryeyə məğlub olan irlandiyalı idmançı ağır zədə almış və uzun müddət rəsmi qarşılaşmalardan kənarda qalmışdı. Onun geri dönüşü döyüş həvəskarları tərəfindən böyük maraqla gözlənilir. Hüseyn Milli.Az

Şərh verin