TƏBİB-də yeni təyinat
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub. “Qafqazinfo” Manşet.az-a istinadən xəbər verir ki, bu vəzifə Zara İbrahimzadəyə həvalə edilib. O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də baş icraçı direktorun müşaviri vəzifələrində çalışıb. Xatırladaq ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.

Şərh verin