Millimiz Çexiya və Polşa ilə qarşılaşacaq
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda daha iki matç keçirəcək. “Qafqazinfo” xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 19:05-də Çexiya ilə üz-üzə gələcək. Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq. Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Şərh verin