“Azər Türk Bank”dan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası

Dövlət bankı “Azər Türk Bank” səhiyyə sahəsində çalışan şəxslərə sərfəli şərtlərlə zaminsiz istehlak kreditləri təklif edir. Kreditin maksimal məbləği 80 000 manatdır. Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9%-dir. Kreditlər 59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir. Bir ildən artıq müddətə kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir. Bank 24, 36, 48 və 60 ayadək müddətə olan kreditləri, müvafiq olaraq, illik 11,9%,12,9%, 13,9%, 15,9%-lə təklif edir. Qeyd edək ki, digər banklarda krediti olan səhiyyə işçiləri mövcud olan kredit öhdəliyini “Azər Türk Bank”da daha aşağı faiz dərəcəsi, daha uzun müddət və ya daha uyğun aylıq ödənişlərlə refinans edə, yəni yeni bir kreditlə əvəz edə bilərlər. Refinans edilən kreditin məbləği 10 000 manatdan yuxarıdırsa xidmət haqqı 0% təşkil edir. Krediti “Azər Türk Bank”ın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar. Kampaniya 2026-ci il 30 iyun daxil olmaqla, həmin tarixədəkdir. Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, “ WhatsApp ” (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.