"3 aydır maaş almıram" iddiasına kanaldan REAKSİYA

"Space" TV-nin əməkdaşlarının 2026-cı ilin mart və aprel ayları üzrə gecikmiş əmək haqları tam həcmdə ödənilib". Milli.Az xəbər verir ki, bu barədə "Space" TV-dən məlumat verilib. Qeyd edilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil: "May ayına aid əmək haqlarının da yaxın günlər ərzində ödənilməsi nəzərdə tutulur. "Sevilən səhər" verilişinin keçmiş aparıcısının səsləndirdiyi fikirlərə (3 aydır maaş ala bilməməsi iddiasına - red.) münasibətdə qeyd etmək istərdik ki, sözügedən layihə 9 mart 2026-cı il tarixindən etibarən efirdə yayımlanmağa başlayıb və verilişlə bağlı hər hansı ödəniş məsələsi kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil. Eyni zamanda bildiririk ki, verilişin reytinq göstəricilərinin gözlənilən nəticələri verməməsi, eləcə də 2026-2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində şirkətin yenilənmiş strateji baxışı və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib". Asya Milli.Az