Nazir rəislərin yerini dəyişdirdi
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəislərin yerini dəyişib. “Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazirin müvafiq Əmri ilə polkovnik Vüqar Qüdrət oğlu Ağayev FHN-in Muğan Regional Mərkəzi vəzifəsindən azad olunaraq, Şimal-Qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. Şimal-Qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev isə Muğan Regional Mərkəzinin rəisi təyin olunub. FHN-dən məlumatı təsdiqləyiblər.

Şərh verin