23 yaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır

Bakıda gənc qız yıxılaraq ağır xəsarətlər alıb. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 1-i saat 09 radələrində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib. 2003-cü il təvəllüdlü Aqilə Həsənova yaşadığı üçüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.