Atası futbolçuya dünya çempionatına getməyə icazə vermədi
Tunis millisinin üzvü Louey Ben-Farhatın atası oğluna dünya çempionatına getməyə icazə verməyib. “Qafqazinfo” xəbər verir ki, bunu yığmanın baş məşqçisi Sabri Lyamuşi açıqlayıb. O bildirib ki, Almaniyanın “Karlsrue” klubunda çıxış edən 19 yaşlı oyunçunu heyətə dəvət etmək istəyib. Amma atası oğlunun mundialda pis çıxışının gələcək karyerasına təsir edəcəyini düşünərək ABŞ-yə yollanmasına icazə verməyib. Daha sonra Tunis Futbol Federasiyasının rəsmiləri həm futbolçu, həm də atası ilə əlaqə saxlamağa çalışıb. Amma onlar rəsmilərin zənglərinə cavab verməyiblər.

Şərh verin