Ağdaşda ağır qəza: Ölən və yaralanan var
Bu gün saat 00 radələrində Ağdaş rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil ağaca çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirib. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Milli.Az

Şərh verin