Dişlərini düzətdirmək üçün 425 min XƏRC ÇƏKDİ - FOTOlar
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkib. Milli.Az xəbər verir ki, Türkiyəyə diş müalicəsi üçün gələn xarici turistin əvvəlki və sonrakı görüntüləri maraqla qarşılanıb. Uzun müddət dişlərindəki problemlər səbəbindən narahatlıq yaşayan gəncin keçirdiyi dəyişiklik internet istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Paylaşılan kadrlarda onun müalicədən əvvəlki diş quruluşu ilə son nəticə arasındakı fərq aydın şəkildə görünür. Bildirilir ki, gənc yeni təbəssümə qovuşmaq və komplekslərindən xilas olmaq üçün təxminən 424 min 696 türk lirəsi, yəni 16 min manata yaxın vəsait xərcləyib. Həmin şəxs diş həkimi tərəfindən aparılan müalicənin nəticələrini sosial media hesabında paylaşaraq yaşadığı dəyişimi izləyicilərlə bölüşüb. Görüntülər qısa zamanda minlərlə baxış toplayıb. Bir çox istifadəçi nəticəni uğurlu hesab etsə də, bəziləri müalicə üçün ödənilən məbləğin yüksək olduğunu qeyd edib. Maraq doğuran paylaşım sosial şəbəkələrdə müzakirə olunub. Musa Milli.Az

Şərh verin